Lerikdə yük maşını dərəyə aşıb - Ölən və yaralananlar var

lerikde-yuk-masini-dereye-asib
Oxunma sayı: 1527

Lerikdə yük maşını dərəyə aşıb.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Piran-Zeynəko yolunda baş verib.

Qəza zamanı "Qaz-66" yük maşınının dərəyə aşması nəticəsində 1984-cü il təvəllüdlü Kamal Cəfər oğlu Ağayev hadisə yerində ölüb, 1984-cü il təvəllüdlü Babək Əhəd oğlu Xəlilov və 1985-ci il təvəllüdlü Zaur Atakişi oğlu Hüseynov xəsarət alıb.

Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyətləri ağır kimi qiymətləndirilir. Qeyd edək ki, hər üç şəxs rayonun Zeynəko kənd sakinləridir.

Faktla bağlı araşdırma aparılır.