Lerikdə zəlzələ olub

lerikde-zelzele-olub
Oxunma sayı: 1669

Sentyabrın 5-də Yardımlı stansiyasından 25 kilometr şərqdə Lerik rayonu ərazisində 3,1 bal gücündə zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən “Qafqazinfo”ya bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 03:26:56-da qeydə alınıb.

Ocağı 12 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.