Lerikdən Misir Mərdanova məktub

lerikden-misir-merdanova-mektub
Oxunma sayı: 641


“Hörmətli Qafqazinfo.az redaksiyası biz Lerikdə yaşayan vətəndaşların adından Təhsil Naziri Misir Mərdanova aşağıdakı məzmunda məktub yazmışdıq:

“Həmidov Əfsər Sənham oğlu 1999-cu ildən orta təhsilli ola-ola Lerik rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində müavinət üzrə müfəttiş, 2006-cı ildən isə direktor müavini vəzifəsinə təyin edilmişdir. Güya Əfsər Həmidov 2001-ci ildə Azərbaycan Beynəlxalq Universitetinə daxil olub, 2005-ci ildə həmin universitetin maliyyə kredit ixtisasını bitirib ali təhsil almışdır. Həmin dövrdə yəni 2001-2005-ci illərdə Ə.Həmidov Lerik rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində işləmişdir. Respublikamızda əyani təhsil 4 il, qiyabi təhsil isə 5 ildir. Onda belə bir sual meydana cıxır, necə olur ki, Ə.Həmidov Lerikdə işləyə-işləyə Bakıda təhsil almışdır. Belə faktların sayını artırmaq olar. İstər rayonumuzun ərazisində istərsədə ölkəmizin ərazisində hal-hazırda özəl universitetlərdə adları gedir lakin müxtəlif işlərdə işləyirlər. Acınacaqlı hal ondadırki, gecə-gündüz əziyyət çəkib dövlət universitetləri bitirənlər iş tapa bilmir amma özəl universitetləri saxta diplomla “bitirənlər” tez iş tapırlar. Özüdə yaxşı işlər. Ən çoxda Azərbaycan Beynəlxalq Universitetinin saxta diplomunu alanlar. Bizim yuxarıda dediyimiz yalnız bir fakt deyil. Həmin illdə yəni 2001-2005-ci illərdə Azərbaycan Beynəlxalq Universitetindən çox adamlar saxta diplom alaraq istər rayonumuzda istərsə də Respublikamızın ərazisində müxrəlif işlərdə işləyirlər. Ən pisidə odur ki, Dövlət qulluğunda “çalışırlar”. Quldurluqla məşğuldurlar.”

Misir Mərdanovun bizə verdiyi cavab aşağıdakı kimi oldu:

“Təhsil nazirliyinin qaynar xəttinə daxil olmuş ərizənizə cavab olaraq bildirirk ki, müraciətdə adı qeyd olunan Həmidov Əfsər Sənham oğlu həqiqətən 2001-2005-ci illərdə Azərbaycan Beynəlxalq Universitetinin qiyabi şöbəsində təhsil almış və universiteti bitirdiyi üçün ona dövlət nümunəli diplom blankı verilmişdir.”

Biz yenidən aşağıdakı məzmunda Təhsil Nazirinin qaynar xəttində məktub yazdıq. Lakin indiyədək bizə heç bir cavab vermirlər və heç bir tədbir görmürlər:

“Azərbaycan Respublikasının Təhsil Qanunuda qiyabi təhsil 5 ildir. Onda necə olur? Qanunda dəyişiklik olub bizim xəbərimiz yoxdur. Bizim bildiyimizə görə təhsil qanununda əyani təhsil 4 ildir. Əfsər Həmidov 2001-2005-ci illərdə həmin Universiteti oxuyubsa onda o 4 il təhsil almış olur. Yəni, oxuduğu tədris illəri aşağıdakı kimi olur. 2001-2002, 2002-2003, 2003-2004, 2004-2005. Buda 4 il olur. Sizin fikrinizcə onun diplomu saxta diplom olmur. Xahiş edirik bunu dəqiq araşdırın və lazımi tədbiri görün.”

Hörmətli Qafqazinfo.az redaksiyası bütün bu faktları Sizə yazmaqla, ümudvarıq ki, Siz bu faktları nəzərə alıb, lazımi tədbiri görərsiniz. Yalnız ümüdümüz Sizədir. Xahiş edirik ümüdümüzü qırmayın”

Lerik rayon sakinləri