Lətif Hüseynovun səlahiyyətləri artırılır

Lətif Hüseynovun səlahiyyətləri artırılır
Oxunma sayı: 1780

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Konstitusiya məhkəməsi haqqında” qanuna dəyişiklik edilməsi məsələsinə baxılıb. “Qafqazinfo” xəbər verir ki, məsələ barədə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

O qeyd edib ki, adıçəkilən qanunun 73-cü (Konstitusiya Məhkəməsi hakiminin başqa təminatları) maddəsinə yeni - 9-cu bənd əlavə edilir.

Təklif olunan bəndə əsasən, İnsan hüquqları üzrə Avropa Məhkəməsinə Azərbaycan Respublikasından seçilmiş hakimin statusu Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi hakiminin statusuna bərabər tutulur.
Bu qanunda, həmçinin digər normativ hüquqi aktlarında Konstitusiya Məhkəməsi hakimi üçün nəzərdə tutulmuş təminatlar (bu Qanunun 71-ci, 72-ci, 73.5-ci, 73.6-cı və 73.8-ci maddələrində nəzərdə tutulmuş təminatlar istisna olmaqla) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə Azərbaycandan seçilmiş hakimə də şamil edilir.
Layihədə həmçinin qeyd olunur ki, təklif olunan dəyişikliyin məqsədi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə Azərbaycandan seçilmiş hakimin statusuna bərabər tutulması və onların Konstitusiya Məhkəməsinin hakimi üçün nəzərdə tutulmuş təminatlardan istifadə edilməsi üçün hüquqi əsasların yaradılmasıdır.

Dəyişiklik layihəsi parlamentdə səsə qoyularaq qəbul edilib.

Qeyd edək ki, hazırda Azərbaycanı Avropa İnsan Haqları Məhkəməsində Lətif Hüseynov təmsil edir.

Günel Türksoy


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi