Lətifə Soyuözün konsertindən- - Fotolar

letife-soyuozun-konsertinden-
Oxunma sayı: 4253


 “Qafqazinfo”nun məlumatına görə, ifaçı Azərbaycan Dövlət Flarmoniyasında mini-konsert verib. İfaçı fərqli tərzdə, 6/8 ritmdə hazırladığı “Arzu qızım”, “Həştərxandan gələn gəmi”, “Sən elə bir zirvəsən” mahnılarını tamaşaçılara təqdim edib. Alqışlarla qarşılanan Soyuöz həyəcanlı olduğunu bildirib:

“Bu işdə əməyi keçən, mənə dəstək olan  hər kəsə təşəkkür edirəm. Çox həyacanlıyam. Hər zaman eşitdiyiniz mahnıları fərqli janrda sizə təqdim edirəm. Bu böyük məsuliyyətli işdir. İnanıram ki,  dinləyicilər də bəyənəcək və əziyyətimi qiymətləndirəcəklər”.

Qeyd edək ki, təqdimatda xalq artisti Faiq Ağayev, Baba Vəziroğlu, Elçin Cəfərov, Rəhim Rəhimli, aparıcı Mətanət Əliyeva və başqaları iştirak edib. Gecəni Azər Süleymanlı təqdim edib. 


Könül