Leyla Əliyeva AzTV-də veriliş aparacaq

leyla-eliyeva-aztv-de-verilis-aparacaq
Oxunma sayı: 8622


Yarışma janrında olan proqramın müəllifi Merv Qriffindir. Şou ilk dəfə 1964-cü il martın 30-da ABŞ-da NBC kanalında yayımlanıb. Lisenziyalı layihənin ölkəmizdə yayımlanan versiyası “61!” adlanacaq. 

Uzun fasilədən sonra yenidən efirə qayıdan L.Əliyeva verilişlə bağlı məlumat verib:

“Şou verilişləri mənlik deyil. Ona görə də uzun müddətdir efirdə yoxam. Maraqlı təklif gözləyirdim. “GameTV.az” şirkətindən - Balaş Qasımovdan təklif aldım. Sevinə-sevinə razılaşdım. Eyni zamanda bu beynəlxalq bir layihədir. Bizim də efirlərdə belə bir şounun olması sevindiricidir. İnsanlar öz biliyi ilə pul qazanacaq”.