Leyla Əliyeva Bakıda konfransa qatıldı

leyla-eliyeva-bakida-konfransa-qatildi
Oxunma sayı: 2266

“Caspian Ecology” 9-cu Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisi çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə “Qafqazda vəhşi təbiətin bərpası üzrə əməkdaşlıq” mövzusunda beynəlxalq elmi konfrans öz işinə başlayıb.

"Qafqazinfo" xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Azərbaycan və  Gürcüstanın Ekologiya və Ətraf Mühit nazirləri,  Dünya Vəhşi Təbiət Fondunun (WWF), eləcə də Azərbaycan, Rusiya, Türkiyə, Almaniya, Hollandiya, Belarus, İranın rəsmi nümayəndələri və beynəlxalq mütəxəssislər iştirak edib.

Qeyd edək ki, 14 noyabr 2018-ci il tarixindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və “Caspian Event Organisers” şirkətinin təşkilatçılığı, İDEA İctimai Birliyinin dəstəyi ilə təşkil olunan “Caspian Ecology” 9-cu Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisi bu gün sona çatır.