Leyla Əliyeva Eminin konsertində - Fotolar+Yenilənib

leyla-eliyeva-eminin-konsertinde
Oxunma sayı: 8573

Azərbaycanın xalq artisti, tanınmış müğənni və bəstəkar Emin Ağalarov dekabrın 14-də Heydər Əliyev Sarayının səhnəsində konsert proqramı ilə çıxış edib.

“Qafqazinfo” “AzərTac”a istinadən xəbər verir ki, konsertin tamaşaçıları sırasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da olub.

Konsertdə “Moy Azerbaydjan”, “Davay sbejim v Baku”, “Naçistatu”, “Still”, “Amor”, “Ya luçşe vsex jivu” və digər hitlər səslənib. Eminin ifasında dahi Müslüm Maqomayevin əfsanəvi “Mavi əbədiyyət” mahnısı konsertin kulminasiya nöqtəsi olub.

Sonda müğənni səmimi qəbula görə tamaşaçılara bir daha təşəkkür edib. E.Ağalarov deyib: “Konsertə gələn hər kəsə, xüsusilə də Leyla Əliyevaya məni dəstəklədiyinə görə təşəkkür edirəm. Leyla Əliyeva böyük ürəyə malik çox gözəl insandır”.