Leyla Əliyeva onları ziyarət etdi

leyla-eliyeva-onlari-ziyaret-etdi
Oxunma sayı: 804

“Qafqazinfo”nun məlumatına görə, balacaların şəraiti ilə maraqlanan Leyla Əliyeva Mərkəzdə yaşayan və müalicə olunan, xüsusi təhsilə yiyələnən uşaqların Yeni il bayramı üçün hazırladıqları səhnəciklərə tamaşa etdi. Bayram əhval-ruhiyyəsində olan balacalar bir-birindən maraqlı mahnılar, şux rəqslər təqdim etdilər. Şaxta baba və Qar qızın gəlişindən sonra bayram proqramı daha da maraqlı oldu. Uşaqlar onları təbrik edən Şaxta baba və Qar qızla yolka ətrafında dövrə vurub rəqs etdilər.

Heydər Əliyev Fondunun bayram hədiyyələri isə balacaların sevincini daha da artırdı.

Sonra Leyla Əliyeva Mərkəzdə yaradılmış şəraitlə maraqlandı. Məlumat verildi kİ, 100 çarpayılıq Mərkəzdə uşaqların yaşayışı, müalicəsi, xüsusi təhsilə yiyələnmələri üçün hər cür şərait yaradılmışdır. Mərkəzdə psixoloq, okulist, psixonevroloq, kiçik manupulyasiya, nevropotoloq-loqoped, pediatr, lor, ultrasəs müayinəsi, fizioterapiya otaqları vardır. Burada autizm, uşaq serebral iflici və formaları, əqli gerilik və ləngimələr, onun təzahürlərindən əziyyət çəkən uşaqlar müalicə olunurlar. Mərkəzdə bu sahədə dünyada tətbiq olunan müasir proqramlardan istifadə edilir. Bunun üçün burada bütün lazımi avadanlıq vardır. Uşaqların müalicəsi, təlim-tərbiyəsi ilə tibbi, pedaqoji və texniki heyət məşğul olur.

Leyla Əliyeva balacalarla söhbət etdi, onların istək və arzuları ilə maraqlandı.

Həmin gün Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva paytaxtın Nizami rayonundakı 1 nömrəli uşaq evində də oldu. Uşaq evinin sakinlərindən ibarət vokal qrupu və "Azəri" rəqs ansamblı Leyla Əliyevanı maraqlı çıxışları ilə qarşıladılar. Şən klounlar uşaqların bayram əhval-ruhiyyəsini daha da artırdılar.

Heydər Əliyev Fondunun vitse-prezidenti uşaqlara hədiyyələr təqdim etdi.
Heydər Əliyev Fondu fəaliyyətə başladığı 2004-cü ildən bu uşaq evinə hərtərəfli dəstək göstərir. 2005-ci ildə bu uşaq evi Fondun təşəbbüsü ilə yenidən qurulmuşdur.
Qonaqlar kiçik yaşda olan uşaqların qrupunda da oldular. Balacalar onları maraqlı çıxışlar və şeirlərlə salamladılar. Burada 3 yaşdan 18 yaşadək 140 uşaq yaşayır.
Leyla Əliyeva uşaqlarla xatirə şəkli çəkdirdi.
Uşaq evində kompyuter otağı da fəaliyyət göstərir. Rəsm otağı ilə tanışlıq zamanı bildirildi ki, burada təlim-tərbiyə alan balacalar arasında çoxlu istedadlı uşaqlar vardır. Heydər Əliyev Fondunun dəstəyi ilə balacalar Almaniya, Macarıstan, Türkiyə, Gürcüstan, Belarus və digər ölkələrdə keçirilən müxtəlif beynəlxalq yarış, festival, müsabiqə və tədbirlərdə iştirak etmiş, diplomlar və mükafatlar qazanmışlar.
Sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva uşaq evinin sərgi studiyasında oldu. Uşaqların əl işləri ilə tanışlıq zamanı məlumat verildi ki, burada xalçaçılıq, rəssamlıq, informatika, kompyuter və digər dərnəklər fəaliyyət göstərir. Uşaq evinin sakini Əli Cəlilov toxuduğu xalçanı Prezident İlham Əliyevin ad günü münasibətilə Leyla Əliyevaya təqdim etdi.
Daha sonra Leyla Əliyeva 2009-cu ildə Heydər Əliyev Fondunun dəstəyi ilə inşa edilən qızlar yataqxanasında oldu. Burada çay süfrəsinə qonaq olan Leyla xanım Əliyeva qızlarla söhbət edərək onlara Yeni ildə uğurlar arzuladı. Yataqxanada 50 mənzil vardır və burada 18 yaşı tamam olandan sonra uşaq evindən ayrılan 100 qız yaşayır.
Leyla Əliyeva yataqxananın sakinləri ilə xatirə şəkli çəkdirdi.