Leyla Əliyeva rusiyalı ulduzun ad günündə - Fotolar

leyla-eliyeva-rusiyali-ulduzun-ad-gununde
Oxunma sayı: 4605

Rusiyanın “qızıl səsi” və xalq artisti Nikolay Baskov Azərbaycanda konsert proqramı ilə çıxış edib. “Qafqazinfo” xəbər verir ki, musiqili gecə “Baku Crystall Hall”da baş tutub.  

Şənbə günü müğənni səhnədə öz doğum gününü qeyd edib.  “İqra” adlanan konsertdə pərəstişkarlarını irihəcmli dekorasiyalar, fantastik kostyumlar, maraqlı səhnə effektləri olub. 

Bundan əlavə, konsertdən sonra Bakının məşhur otellərinin birində Baskovun ad günü keçirilib.  Gecədə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da iştirak edib. Əliyeva instaqram səhifəsində xalq artisti ilə fotosunu payalaşaraq onu bir daha təbrik edib:

“Ad günün mubarək, Nikolay. Sehirli konsertə və Bakıda bizimlə olduğuna görə çox sağ ol. Hər şeyin ən yaxşısını arzulayır, bütün arzularının da yerinə yetməsini diləyirəm. Allah hər kəsi qorusun”.