Leyla Əliyeva uşaqlar üçün əyləncə proqramında - Fotolar

Leyla Əliyeva uşaqlar üçün əyləncə proqramında
Oxunma sayı: 1472

Novruz bayramı ərəfəsində Heydər Əliyev Fondu uşaqlar üçün növbəti əyləncə proqramı təşkil edib.

“Qafqazinfo” AzərTac-a istinadən xəbər verir ki, Fondun vitse-prezidenti Leyla Əliyeva tədbirdə iştirak edib.

Bakının əyləncə mərkəzlərindən birində keçirilən tədbirdə xüsusi qayğıya ehtiyac duyan, valideyn himayəsindən məhrum uşaqlar iştirak ediblər.

Uşaqların istirahətinin səmərəli təşkili məqsədilə keçirilən bugünkü tədbirdə balacalar müxtəlif maraqlı attraksionlarda əylənib, oyunlarda iştirak ediblər, istirahətlərinə rəngarənglik qatan sağlam rəqabət aparıblar. Oyun avtomatlarının və attraksionların bol olduğu mərkəzdə istədikləri kimi əylənən uşaqlar bu aksiyadan xüsusi zövq aldılar, burada gözəl istirahət edib, əylənib oynayıblar.

Şənliyin sonunda Heydər Əliyev Fondunun adından uşaqlara hədiyyələr təqdim edilib.

Qeyd edək ki, Heydər Əliyev Fondu valideyn himayəsindən məhrum və xüsusi qayğıya ehtiyacı olan uşaqları daim ailə qayğısı ilə əhatə edir və onların təlim-tərbiyəsi, təhsili, asudə vaxtlarının səmərəli təşkili üçün mütəmadi olaraq müxtəlif tədbirlər keçirir. Uşaq evlərində və internat məktəblərində məskunlaşan, valideyn himayəsindən, ailə qayğısından məhrum olan uşaq və yeniyetmələrin təlim və tərbiyəsi ilə bağlı məsələlər Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın daim diqqət mərkəzindədir. Fond onların yüksək səviyyədə təhsil almalarında, asudə vaxtlarının səmərəli təşkilində, eləcə də gündəlik qayğılarının həllində yaxından iştirak edir.

 








Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi