Leyla Əliyeva uşaqlarla bir arada - Fotolar

leyla-eliyeva-usaqlarla-bir-arada
Oxunma sayı: 1287

İyunun 4-də sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli respublika xüsusi internat məktəbinin sakinləri IDEA Heyvanlara Qayğı Mərkəzində olublar.

“Qafqazinfo”nun Trend-ə istinadən məlumatına görə, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva tədbirdə iştirak edib.

Tədbirdə uşaqlar ev heyvanları üçün yaradılan şəraitlə və IDEA Heyvanlara Qayğı Mərkəzinin fəaliyyəti ilə tanış olublar. Uşaqlar üçün müxtəlif əyləncəli proqramlar və nahar təşkil edilib, Heydər Əliyev Fondu adından onlara hədiyyələr verilib.