Leyla Əliyeva xeyriyyə aksiyası keçirdi

leyla-eliyeva-xeyriyye-aksiyasi-kecirdi
Oxunma sayı: 640

“Qafqazinfo” AzərTac-a istinadən xəbər verir ki, Ryazan şəhərinin Gənclər Sarayında keçirilən Yeni il gecəsində müxtəlif xalqların bayram ənənələri haqqında tamaşa göstərilib və müxtəlif millətlərdən olan uşaqların, o cümlədən balaca həmvətənlərimizin iştirakı ilə şən müsabiqələr olub.

Məlumata görə, uşaqlar üçün bayram yolkası təşkil edilib və “Yeni il yolkasının nağılları” musiqili nağıl tamaşası göstərilib. Onlara Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının sədri Leyla Əliyevanın adından hədiyyələr təqdim edilib.