Leyla Əliyevanın şeirinə yeni mahnı - Natiq Əliyevin nəvəsi oxudu

leyla-eliyevanin-seirine-yeni-mahni
Oxunma sayı: 6832

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın daha bir şeirinə mahnı bəstələnib.

“Qafqazinfo” xəbər verir ki, “Mən səni sevirəm” adlanan mahnını mərhum energetika naziri Natiq Əliyevin nəvəsi Aliyə ifa edib.

Mahnının bəstəkarı isə Nigar Həbibovadır. 

Qeyd edək ki, mərhum nazirin nəvəsi daha əvvəl “Vorobey” adlı mahnı ilə çıxış etmişdi.