Leyla Əliyevanın şeirləri Tehranda fars dilində nəşr olundu

leyla-eliyevanin-seirleri-tehranda-fars-dilinde-nesr-olundu
Oxunma sayı: 1187

Heydər Əliyev Fondunun vitse-prezidenti, şairə Leyla  Əliyevanın “Dünya yuxutək əriyir...” divanı Tehran şəhərində fars dilində nəşr olunub.

"Qafqazinfo" AzərTac-a istinadən xəbər verir ki, divan “Kaspi” qəzeti və “Kaspi” Təhsil Şirkətinin “Azərbaycan ədəbiyyatını dünyada tanıdaq!” devizi altında bir neçə ildir həyata keçirdiyi layihələr çərçivəsində Tehranın məşhur Mobini-Əndişə yayım evinin Nevis mətbəəsində nəfis tərtibatda farsdilli oxucuların görüşünə gəlib. 

Qeyd etmək lazımdır ki, İran İslam Respublikasının ədəbi mühitində öz yaradıcılıq dəst-xətləri ilə seçilən Əkbər Əlyar Həmidi və Süsən Nəvadə Rəzi təkcə mütərcim kimi deyil, şair və tənqidçi kimi də böyük nüfuz sahibidirlər.