Leyla niyə “Səs Azərbaycan”ın aparıcısı olmadı?

Leyla niyə “Səs Azərbaycan”ın aparıcısı olmadı?
Oxunma sayı: 3402

““Səs Azərbaycan” layihəsinə dəstək vermək üçün çəkilmişdim. Bir izləyici olaraq bu layihənin Azərbaycana gəlməsinə çox sevindim. Hazırda “Səs Azərbaycan”ın yayımlandığı AzTV-lə əməkdaşlığım var”.

Bu sözləri “Qafqazinfo”ya açıqlamasında teleaparıcı Leylə Əliyeva bildirib.

Teleaparıcı “Səs Azərbaycan” mahnı müsabiqəsində aparıcı qismində iştirak etməməsinə münasibət bildirib.

“Bu kanalda iki layihəm yayımlanır. Telekanalla aparıcı olmağım barədə dəqiq anlaşmam yox idi. Mən layihənin promo videolarında çəkildim, dəstək oldum. Gizlətmirəm, danışıqlarımız olmuşdu. İnsanların gözünü yormamaq, artıq iki layihəmin kanalda yayımlanması səbəbiylə belə addım atdım. Həmkarım Tural Əsədov layihəni gözəl aparır, ona da uğurlar arzu edirəm”.

Qeyd edək ki, bir müddət əvvəl Leyla Əliyevanın layihənin aparıcısı olması barədə məlumat yayılmışdı.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi