Leysanla bağlı xəbərdarlıq

leysanla-bagli-xeberdarliq
Oxunma sayı: 3292

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraiti ilə bağlı xəbərdarlıq yayıb.

Qurumdan “Qafqazinfo”ya daxil olan xəbərə görə, Bakıda və Abşeron yarımadasında noyabrın 08-i gündüzdən 09-u gündüzədək arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışın intensiv olacağı ehtimalı var. 

Azərbaycanın rayonlarında noyabrın 08-dən 09-u səhərədək Lənkəran-Astara zonasında arabir yağış yağacağı gözlənilir.  Bəzi yerlərdə yağışın intensiv olacağı ehtimalı var.