Libertadores kuboku Braziliyada qaldı

libertadores-kuboku-braziliyada-qaldi
Oxunma sayı: 639

“Qafqazinfo”nun verdiyi məlumata görə, çempion final mərhələsinin cavab görüşündən sonra müəyyənləşib.

Səfərdə “Boka Xuniors”la 1:1 hesablı sərfəli heç-heçə edən “Korintians” evdə rəqibinə qalib gəlib. Oyunun 53-cü və 72-ci dəqiqələrində Emerson fərqlənib. Beləliklə, “Korintians” tarixində ilk dəfə Libertadores kubokunun qalibi olub. Bu, Braziliya təmsilçilərinin turnirdə ardıcıl 3-cü qələbəsidir. 2010-cu ildə “İnternasional”, 2011-ci ildə isə “Santos” analoji uğura imza atmışdı.

Ceyhun Əhmədov