“Libraff” və EAS uşaqları əyləndirib

libraff-ve-eas-usaqlari-eylendirib
Oxunma sayı: 1491

“Libraff” kitab mağazaları şəbəkəsi və Avropa Azərbaycan Məktəbinin (EAS) birgə əməkdaşlığı şəraitində uşaqlar üçün maarifləndirici və əyləncəli tədbir keçirilib.

"Qafqazinfo" xəbər verir ki, tədbiri keçirməkdə məqsəd tədris prosesində əla nəticələr əldə etmiş şagirdləri oxumağa və xüsusilə də ana dilimizdə mütaliəyəyə təşviq etmək məqsədilə mükafatlandırmaq olub. Həmçinin, tanınmış uşaq yazarı Reyhan Yusifqızının imza günü tədbiri də təşkil olunub .

Avropa Azərbaycan Məktəbinin direktoru Qarri Qrippin məktəbin şagird və valideynlərini salamlayaraq, uşaqların doğma ana dilini mükəmməl bilməsinin əhəmiyyətindən danışıb. Sonra şagirdlərə TEAS Press Nəşriyyat evinə məxsus əmtəə nişanı olan “3 alma” nəşriyyatı adından “Mimi”, “Köhlən at” və “Qrin Qeyblz malikanəsinin qızı Anni” kitabları hədiyyə olunub. 
 
Reyhan Yusifqızının “Mimi” kitabında ikinci sinif şagirdi Aylinin yaşlı professorun evində yaşayan qeyri-adi siçanla dostluğundan bəhs edilir. Tanınmış alim Lütfi Zadənin prototipi kimi qələmə alınmış professor oyuncaq siçanını əməliyyat edərək ona süni beyin yerləşdirir. “Mimi” insan kimi danışır, hərəkət edir, riyaziyyatı bilir. Aylinə riyaziyyat tapşırıqlarında kömək edir, onunla birlikdə musiqiyə qulaq asıb, rəqs edirlər.