“Lider”də 40 nəfər işdən çıxarıldı- - Yenilənib

liderde-40-nefer-isden-cixarildi-
Oxunma sayı: 5105


Lider televiziyası mart ayının 1-dən etibarən yeni formatda fəaliyyət göstərəcək. Bu barədə AzVision.az-a telekanaldan məlumat verilib. Bildirilib ki, dəyişikliyə əsasən, mart ayının 1-dən etibarən telekanalda gün ərzində xəbər verilişlərinin sayı artırılacaq. 

Bundan sonra səhər saat 9:00, 11:00, 12:00, 12:30, 13:00, 15:00, 17:00, 19:00, 24:00-da xəbərlər buraxılışları efirdə olacaq.

Daha sonra “Səda +” verilişinin gün ərzində iki dəfə olması planlaşdırılır. 

Eyni zamanda qeyd olunur ki, telekanalın mədəniyyət departamentindən 40 nəfər işdən çıxarılıb. Onların əksəriyyəti isə operatorlarlardır. Mart ayının 1-dən sonra yenidən ixtisarların olması gözlənilir.

***

“Lider” telekanalında yayımlanan şou verilişlərinin ləğv olunması haqda məlumatlar yayılsa da, hələ ki, sözügedən proqramların müəlliflərinə bu barədə məlumat verilməyib. "Qafqazinfo"ya sözügedən proqramlardan birinin aparıcısının verdiyi məlumatına görə,  verilişlərin bağlanması haqda danışıqlar getsə də, bu haqda dəqiq qərar verilməyib:

“Sizin nə qədər məlumatınız varsa, bizim də o qədər məlumatımız var. Rəhbərlik tərəfindən iclas keçirilib, əyləncəli proqramların bağlanması haqda danışıqlar gedir, bizə hər hansı qərar açıqlanmayıb”.

Qeyd edək ki, AzNews.az-ın əldə etdiyi məlumata görə, kanal rəhbərliyin qərarına əsasən, telekanalda yayımlanan "Ekstrasens", "Pərdə", "Rəngarəng", "Qızıl Pillə", "Bəyəndim" kimi şou xarakterli verilişlər ləğv edilib.