Lideri dayandıran tapılmır

lideri-dayandiran-tapilmir
Oxunma sayı: 2291

Azərbaycanın futbol üzrə I Divizionunda 6-cı tura start verilib.

“Qafqazinfo” xəbər verir ki, turun ilk oyun günündə 3 qarşılaşma baş tutub.

Lider “Qaradağ Lökbatan” səfərdə “Şüvəlan”ı məğlub edib. Bu mövsüm məğlub olmayan yeganə komanda olan Lökbatan təmsilçisi hazırda 16 xalla liderliyini davam etdirir.

Bunun əksinə olaraq isə I Divizionda xal qazanmayan yeganə komanda olan “Zaqatala” növbəti dəfə məğlub olub.

Günün nəticələrini təqdim edirik:

“Mil Muğan” – “Zaqatala” - 2:1

Qollar: Elmir Sulxayev, 57 (ö.q.); Elxan Məmmədov, 80 // Vəzir Musayev, 65

“Şüvəlan” – “Qaradağ Lökbatan” - 1:2

Qollar: Mirkamil Həşimli, 8 // Coşqun Süleymanov, 88; Sabir Allahquliyev, 90+4

“Turan Tovuz” – “Sabah” - 4:0

Qollar: Emin Zamanov, 31; Elnur Səmədov, 56, 89; Ziyabil Məmmədov, 90+3