“Lider”in tənqid olunan aparıcısı işdən çıxarıldı

liderin-tenqid-olunan-aparicisi-isden-cixarildi
Oxunma sayı: 11855

Bir müddətdir ki, sosial şəbəkələrdə tənqid olunan  “Yarasa” proqramının bağlanması barədə məlumat yayılıb. “Qafqazinfo” xəbər verir ki, verilişin yayımlandığı Lider TV-dən məsələyə münasibət bildirilib.

Qeyd edilib ki, “Yarasa”nın yayımı davam edir: “Proqram bundan əvvəl həftədə 3 dəfə yayımlanırdısa, indi bir dəfə efirə çıxacaq. Amma verilişin aparıcısı Könül Yusifqızı olmayacaq”.

Qeyd edək ki, K. Yusifqızının geyimləri, efirdə söylədiyi qeyri-etik ifadələr sosial şəbəkələrdə müzakirələrə səbəb olmuşdu.