Liderlər 16-cı dəfə Yunanıstan üçün toplanacaqlar

liderler-16-ci-defe-yunanistan-ucun-toplanacaqlar
Oxunma sayı: 633

Ölkədə intensiv etiraz mitinqləri davam edir. Dünyanın maliyyə qurumları ilə görüşlər aparan Yunanıstan hökuməti həftə sonun qədər bir çıxış yolunun tapılacağına ümid edirdi. İki ildən çoxdur ki, maliyyə böhranından çıxa bilməyən Yunanıstan üçün Avropa ölkələrinin rəhbərləri yenə zirvə toplantısı keçirməyə hazırlaşır. Böhran başlayan dövrdən bu günə qədər 16 dəfə Yunanıstan üçün toplaşan liderlər də artıq ümidlərini itirməyə başlayıblar. Ölkənin Maliyyə Naziri Ervanqalos Venizelos acı sondan qaçmağın mümkünsüz olduğunu deyib. Ölkənin bu ranqda bir rəsminin belə ümidsiz açıqlamaları vəziyyəti bir az da gərginləşdirib. Bu gün Yunanıstan islahatlar keçirib digər borclarını ödəmək üçün zaman qazansa belə mart ayında ödəmək vaxtı yetişən 14,5 milyard evroluq bono bu ölkənin sonunu gətirə bilər.