Liderliklərinə nə mane ola bilər?

liderliklerine-ne-mane-ola-biler
Oxunma sayı: 643

“Qafqazinfo” xəbər verir ki, 32-ci turda “Mançester Siti ilə qarşılaşacaq olan “Yunayetd” hələ ki, rəqibini 15 xal qabaqlayır. Bu turdakı oyundan və əldə olunacaq qələbədən sonra bu fərq 18 xal olacaq ki, bu da “Mançester” üçün 20-ci çempionluğun bir addımlığı deməkdir. “Qırmızı şeytanlar” üçün bu mövsüm bəlkə də vaxtından əvvəl başa çatıb ancaq digər klubların mövqe döyüşü davam edir. Əldə etdiyi 3-cülüyü qoruyub saxlamaq istəyən “Totenhem” “Everton”u udmaqla yerindən ayrılmaq istəmir. “Çelsi” əgər bu turda “Sunderlend”ə öz meydanında məğlub olsa, onda “Arsenal”ın 4-cü olmaq şansları daha da böyüyəcək.

32-ci turun proqrmı ilə yaxından tanış olaq

6 aprel
“Ridinq” “Sauthepmton”
“Norviç” “Svonsi”
“Stok Siti” “Aston Villa”
“Vest Bromviç” “Arsenal”

7 aprel
“Liverpul” “”Vest Hem”
“Totenhem” “Everton”
“Çelsi” “Sanderlend”
“Nyukasıl” “Fulhem”
“Kuins Park Reyncers” “Uiqan”

8 aprel
“Mançester Yunayted” “Mançester Siti”

İqbal