“LiFFt” festivallar festivalı silsilə tədbirlərlə yadda qalacaq

lifft-festivallar-festivali-silsile-tedbirlerle-yadda-qalacaq
Oxunma sayı: 718

Mayın 27-də Heydər Əliyev Mərkəzində Avrasiya materikinin ədəbiyyat üzrə dördüncü "LiFFt" festivallar festivalının Azərbaycanda keçirilməsinə həsr olunan mətbuat konfransı təşkil olunub.

"Qafqazinfo" AzərTac-a istinadən xəbər verir ki, Avrasiya Millətlər Assambleyası və Rusiya Federasiyasının "LiFFt" Beynəlxalq Humanitar Fondu tərəfindən təşkil edilən festival sentyabrın 30-dan oktyabrın 3-dək Bakı şəhərində keçiriləcək.

Layihənin Azərbaycan tərəfdən həmtəşkilatçı Heydər Əliyev Fondu, tərəfdaşı Bakı Kitab Mərkəzidir.

Birləşmiş Millətlər Təşkilatının himayəsi altında, UNİCEF-in dəstəyi ilə keçirilən festivalın mətbuat konfransında məlumat verilib ki, Avrasiya materikinin ədəbiyyat üzrə "LiFFt" festivallar festivalı 98 ölkə üzrə 5 milyard əhalinin yaşadığı geniş bir ərazini əhatə edir.

Təşkilat komitəsində Oljas Süleymenov, Marqarita Al, Sergey Biryukov, Nadao Sendao, Vladimir Delba və Aleksandr Ratkeviç kimi nüfuzlu ədəbiyyat xadimləri yer aldığı üçün analoji layihələr arasında ən irimiqyaslısı və maraq doğuranı hesab olunur.

2018-ci ildə Rusiya Federasiyasının Soçi şəhərində keçirilən 3-cü Avrasiya materikinin "LiFFt" festivallar festivalında 27 ölkədən qatılan 170 yazıçısı arasında Azərbaycan yazıçısı Varis Yolçuyev qalib olub. Qaydalara uyğun olaraq, növbəti festival qalibin vətənində təşkil olunduğundan, bu il tədbirə Bakı ev sahibliyi edəcək.

Qeyd edək ki, festival 2016-cı ildən keçirilir. Əvvəlki illərin qalibləri dünya şöhrətli qazax yazıçısı Oljas Süleymenov (2016) və məşhur rus şairi Konstantin Kedrov-Çelışev (2017) olub.