Liftdə 17 nəfər qaldı

liftde-17-nefer-qaldi
Oxunma sayı: 2029

Bakı şəhərinin Səbail rayonu ərazisində yerləşən universitetin tədris binasının liftində 17 nəfər qalıb. 

"Qafqazinfo" FHN-nin saytına istinadən xəbər verir ki, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri müvafiq xilasetmə işlərinin görülməsi üçün həmin ünvana cəlb olunublar. Xilasedicilər vətəndaşların liftdən çıxmasına köməklik göstəriblər. Əməliyyat başa çatıb. 

***

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə hadisə Azərabaycan Pedoqoji Universitetinin binasında baş verib. Hadisəyə səbəb işıqların sönməsi olub. Liftdə qalan şəxslərin isə 17 deyil, 4 nəfər olduğu bildirilir.