Liftdə köməksiz qalan 1 nəfər xilas olundu

liftde-komeksiz-qalan-1-nefer-xilas-olundu
Oxunma sayı: 768

Paytaxtda liftdə köməksiz vəziyyətdə qalan 1 nəfər xilas edilib.

“Qafqazinfo” Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşın liftdən çıxmasına kömək edib.
 
Əməliyyat başa çatıb.