Liftdə qalan 2 nəfər xilas edildi

liftde-qalan-2-nefer-xilas-edildi
Oxunma sayı: 1288

Bakı şəhərinin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının damında, ümumi sahəsi 9 m² olan texniki otaqda liftin mühərriki yanıb.

“Qafqazinfo” FHN-ə istinadən xəbər verir ki, yanğın yanğın bölmələri çatana kimi sakinlər tərəfindən söndürülüb. Liftdə köməksiz vəziyyətdə qalmış 2 nəfər yanğınsöndürənlər tərəfindən xilas olunub. Əməliyyat başa çatıb.