“Like” üçün 200 illik heykəli sındırdı - Video

like-ucun-200-illik-heykeli-sindirdi
Oxunma sayı: 1608

Polşanın Varşava şəhərində instaqram fenomeni Yuliya Slonska “Swiss Valley” parkındakı 200 il yaşı olan heykəlin burnunu sındırıb.

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, paytaxt sakini bu addımı sosial şəbəkədə daha çox “like” toplamaq üçün atıb.

Y. Slonskanın izləyiciləri isə onun bu addımını pisləyib, hesabını izləmə siyahılarından çıxarıblar.

Atdığı addımın səhv olduğunu başa düşən instaqram fenomeni “Dünən olanlar heç bir şəkildə gerçəkləşməməli idi. Çox peşmanam” açıqlamasını verib.