“Limuzin”i özündən qabaq gəldi

limuzini-ozunden-qabaq-geldi
Oxunma sayı: 7987

Xəbər verdiyimiz kimi, aprelin 25-də Vladivostok şəhərində Rusiya və Şimali Koreya prezidentləri Vladimir Putinlə Kim Çen In görüşəcək.

“Qafqazinfo”nun “Komsomolskaya pravda”ya istinadən xəbərinə görə, görüşdən öncə Ina məxsus “Limuzin” avtomobili “İl-76” tipli yük təyyarəsi ilə Phenyandan Vladivostoka gətirilib.

Məlumata görə, Şimali Koreya prezidentinin özü də bu gün Vladivostoka gələcək. Kim Çen Inın səfəri 26 aprelə qədər davam edəcək. Putin isə görüşdən sonra Çinə səfər edəcək.

Qeyd edək ki, bu məqamda KİV və sosial şəbəkələrdə 2018-ci ildə Şimali və Cənubi Koreya prezidentlərinin görüşündən əvvəl Kim Çen Ina məxsus “Limuzin” hərəkət edərkən onun ətrafında qaçan 12 mühafizəçinin görüntüləri yenidən yayılıb.