“Linkin Park” əfsanəsi intihar etdi

linkin-park-efsanesi-intihar-etdi
Oxunma sayı: 1435

“Linkin Park” qrupunun solisti Çester Benninqton intihar edib.

“Qafqazinfo” “TMZ”ə istinadən xəbər verir ki, 41 yaşlı sənətçi Kaliforniyadakı evində özünü asıb. 

Hüquq-mühafizə orqanlarından olan mənbələrin məlumatına görə, amerikalı rok-musiqiçinin meyiti bu gün səhər saatlarında Palos Verdes Esteyts malikanəsində tapılıb. 

Qeyd edək ki, Ç. Benninqton 1996-cı ildə “Hero” qrupunda çıxışından sonra məşhurlaşıb. Bu qrup 2000-ci ildən “Linkin Park” kimi tanınmağa başlayıb. Benninqtonun həmçinin “Dead by sunshine” adlı solo layihəsi də olub. 

“Linkin Park” 4 dəfə “American Music Awards” mükafatını qazanıb, eləcə də “Grammy” laureatını əldə edib. Qrup “Faint”, “In the end”, “Crawling”, “Numb”, “Braking the habit” mahnıları ilə məşhurdur.

Musiqiçi 2 dəfə evli olub, 6 övladı var. O uzun illər içki və narkotik asılılığına görə müalicə alıb.