Lisenziya uğrunda son döyüşlər

lisenziya-ugrunda-son-doyusler
Oxunma sayı: 652

“Qafqazinfo”nun verdiyi məlumata görə, yarışın ilk günündə mübarizəyə sərbəst güləşçilər qoşulublar.
55 kq çəkidə mübarizə aparan Mahmud Məhəmmədov 1/8 final mərhələsində ukraynalı Vitali Qurskiyə (2-0, 7-0), 1/4 finalda isə rumın Andrey Dukova (3-0, 5-0) qalib gələrək yarımfinala çıxıb. Lisenziyanın bir addımlığında isə güləçşimiz Monqolustan təmsilşisi, turnirin gələcək çempionu Naranbaatar Bayaraya uduzub (1-0, 0-2, 1-4) və bununla da lisenziya arzusunun üstündən xətt çəkib.
Bu gun 66 kq çəkili yunan-roma güləşçimiz Vitaliy Rəhimov lisenziya arzusunu gerçəkləşdirməyə çalışacaq. O mübarizəyə 1/16 finalda Honduras idmançısı Jefrin Benito Mejia Sambula ilə görüşlə start verəcək.
Mayın 6-da, turnirin son günü isə yunan-Roma güləşində Məsud Həşimzadə (120 kq), qadınlar arasında isə Nadya Sementsova (63 kq) və Dina İvanova (72 kq) döşək üzərinə çıxacaqlar. Reqlamentə əsasən, hər çəki dərəcəsində yalnız 2 idmançı – yəni finalçılar London Yay Olimpiya Oyunlarına lisenziya qazanırlar.
Qeyd edək ki, bu günədək güləşçilərimiz London Olimpiadasına 18 mümkün lisenziyadan 13-nü əldə ediblər. Yunan-Roma güləşi üzrə Rövşən Bayramov (55 kq), Kamran Məmmədov (60 kq), Emin Əhmədov (74 kq), Saman Təhmasibi (84 kq) və Şalva Qadabadze (96 kq), sərbəst güləş üzrə Toğrul Əsgərov (60 kq), Cəbrayıl Həsənov (66 kq), Əşrəf Əliyev (74 kq), Şərif Şərifov (84 kq), Xetaq Qazyumov (90 kq) və Cəmaləddin Məhəmmədov (120 kq), qadın güləşində isə Mariya Stadniklə (48 kq) Yuliya Ratkeviç (55 kq) Olimpiya Oyunlarına vəsiqə qazanıb.

Ceyhun Əhmədov