Livanda ermənilərlə kürdlər bir-birini qırdı

livanda-ermenilerle-kurdler-bir-birini-qirdi
Oxunma sayı: 641

Milli.Az xəbər portalının tert.am saytına istinadən verdiyi məlumata görə, «Daşnaqsutyun» partiyasının Livandakı strukturu yerli kürdlərdən Beyrutun bir sıra yaşayış məhəllələrindən çıxmalarını tələb edib. Livanda fəaliyyət göstərən kürd təşkilatlarından birinin rəhbəri Mahmud Sivala bildirib ki, ermənilər sıx məskunlaşdıqları məhəllələrdən kürdləri qovurlar. Bu, Burc Hamud, Doran və Nebaan məhəllələridir.

«Onlar iddia edir ki, kürdlər Suriyadakı antihökumət aksiyalarında iştirak etməklə Beyrutda sakitliyi pozur. Ermənilər kürdləri narkotik maddələrdən istifadədə və daim qanunu pozmaqda da günahlandırır», - deyə Sivala bildirib.
Livan partamentinin «Daşnaqsutyun»dan olan deputatı Akob Baqratuni isə baş verənlərin «siyasi məsələ olmadığını» iddia edib: «Bu, bəzi məhəllələrdə kürdlərin əməllərilə bağlı yaranmış təhlükəsizlik problemilə bağlıdır».