Livanın baş naziri istefa verdi

livanin-bas-naziri-istefa-verdi
Oxunma sayı: 1152

Livan hökumətinin rəhbəri Saad Hariri istefa verib.

“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, bu barədə baş nazirə yaxın mənbə bildirib.

Qeyd edək ki, Hariri “Əl-Mustakbal” partiyasının lideridir. O, 2009-2011-ci illərdə, eləcə də 2016-cı ilin noyabrından ölkənin baş naziri vəzifəsini icra edir.