“Liverpul” PSJ-ni əliboş yola saldı - Son dəqiqə qolu + Video

liverpul-psj-ni-elibos-yola-saldi
Oxunma sayı: 2496

“Liverpul” Çempionlar Liqasının qrup mərhələsinin ilk matçında öz meydanında PSJ ilə qarşılaşıb.

“Qafqazinfo” xəbər verir ki, İngiltərə təmsilçisi bir ara hesabda 2:0 önə keçsə də, PSJ hesabı bərabərləşdirməyi bacarıb.

Lakin, matçın 90+2-ci dəqiqəsində “Liverpul” qələbə qolunu vurmağı bacarıb. Beləliklə, görüş “Liverpul”un 3:2 hesablı qələbəsi ilə başa çatıb.

“Liverpul” - PSJ - 3:2

Qollar: Starric, 30 (1:0), Milner, 36-pen (2:0), Münye, 40 (2:1), Mbappe, 83 (2:2), Firmino, 90+2 (3:2)