“Liverpul” qələbəni əldən verdi - Video

liverpul-qelebeni-elden-verdi
Oxunma sayı: 1903

İngiltərə Premyer Liqasında 35-ci turun oyunları keçirilir.

“Qafqazinfo” xəbər verir ki, “Liverpul” səfərdə “Vest-Bromviç”lə qarşılaşıb.

Yurqen Kloppun komandası matçın gedişində 2:0 önə keçsə də, bu üstünlüyünü sona qədər qoruya bilməyib.

“Vest-Bromviç” oyunun sonlarında 2 qol vuraraq matçdan 1 xalla ayrılmağı bacarıb.

Qeyd edək ki, “Liverpul” hazırda 71 xalla 3-cü, 25 xalla sonuncu pillədə yer alıb.

“Vest Bromviç” - “Liverpul” - 2:2

Qollar: Livermor, 79; Rondon, 88 - İnqs, 4; Salah, 72