İngiltərənin “Liverpul” klubu cinah oyunçusu Mohamed Salahı transfer edib.
“Qafqazinfo” klubun rəsmi saytına istinadən xəbər verir ki, 25 yaşlı futbolçunun 5 illik müqavilə imzalanıb. Misirli Salahın transferi üçün “Liverpul”un 34 milyon funt-sterlinq ödədiyi qeyd edilib.
“Çox xoşbəxtəm. “Liverpul” üçün hər şeyimi verərəm. Bu klubda kuboklar qazanmaq istəyirəm. Çox yaxşı futbolçulara malik bir komandayıq”,-deyə Salah vurğulayıb.
Qeyd edək ki, Salah ötən mövsüm meydana çıxdığı 41 oyunda 19 qol vurub.