“Liverpul”da ciddi itki

liverpulda-ciddi-itki
Oxunma sayı: 1034

“Liverpul”un futbolçusu Joel Matip əməliyyat olunacaq.

“Qafqazinfo”nun klubun saytına istinadən verdiyi xəbərə görə,buna səbəb 27 yaşlı müdafiəçinin Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turunda “Napoli” ilə matçda (1:0) körpücük sümüyünü sındırmasıdır.

Kamerunlu oyunçunun təxminən altı həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilib.

Qeyd edək ki, J.Matip 2016-cı ildən “Liverpul”da oynayır.