“Liverpul”da dramatik matç - Video

“Liverpul”da dramatik matç
Oxunma sayı: 1773

İngiltərə Premyer Liqasının 26-cı turunun mərkəzi qarşılaşmasında “Liverpul” və “Tottenhem” klubları üz-üzə gəlib.

“Qafqazinfo” xəbər verir ki, başdan sona qədər gərgin və baxımlı keçən matçda 4 qol vurulub.

“Liverpul” matça sürətli başlayıb və 3-cü dəqiqədə hesabı açıb. Matçın son 10 dəqiqəsinə qədər hesab dəyişməyib.

Oyun 80-ci dəqiqədən sonra  dramatik alınıb. Belə ki, “Tottenhem” 80-ci dəqiqədə Vanyama ilə hesabı bərabərləşdirdikdən sonra 85-ci dəqiqədə penalti qazanıb. Lakin, Harri Keyn zərbəni qola çevirə bilməyib.

Buna cavab olaraq 90+1-ci dəqiqədə Salah “Liverpul”u hsabda önə çıxarıb. Amma bu da son olmayıb. Kloppun komandası üstünlüyü sona qədər qoruya bilməyib.

90+5-ci dəqiqədə hakim “Liverpul”un qapısına daha bir penalti təyin edib. Keyn bu dəfə şansını boşa verməyib. Beləliklə, dramatik matç 2:2 başa çatıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi