“Liverpul”dan darmadağın, “Real Madrid”dən geri dönüş - Video

liverpuldan-darmadagin-real-madridden-geri-donus
Oxunma sayı: 3818

Çempionlar Liqasında 1/8 final mərhələsinin növbəti oyunları keçirilib.

“Qafqazinfo” xəbər verir ki, səfərdə “Porto” ilə qarşılaşan “Liverpul” rəqibi 5 cavabsız qolla darmadağın edib.

“Real Madrid” isə öz meydanında PSJ-ni 3-1 məğlub edib. Hesabda öncə PSJ önə keçsə də, bu üstünlüyünü qoruya bilməyib və “Real Madrid” geri dönüş edərək qalib gəlməyi bacarıb.

“Real Madrid” (İspaniya) – PSJ (Fransa) - 3:1

Qollar: Ronaldo, 45 (pen.), 83; Marselo, 86 - Rabio, 33

“Porto” (Portuqaliya) – “Liverpul” (İngiltərə) - 0:5

Qollar: Mane, 25, 53, 85; Salah, 29; Firmino, 70