“Liverpul”dan növbəti qələbə - Video

liverpuldan-novbeti-qelebe
Oxunma sayı: 3262

İngiltərə Premyer Liqasında 2-ci tura yekun vurulub.

“Qafqazinfo” xəbər verir ki, turun son matçında “Kristal Palas” öz meydanında “Liverpul”la qarşılaşıb.

“Kristal Palas” güclü rəqibinə qarşı ciddi müqavimət göstərsə də, xal almağa nail ola bilməyib.

Qonaqlar 45-ci dəqiqədə penaltidən Milner və 90+3-cü dəqiqədə Manenin qolları ilə rəqibini 2:0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, 75-ci dəqiqədə meydan sahiblərini vutbolçusu Van-Bissaka rəqibi sürətli əks-hücumunun qarşısını kobudluqla aldığı üçün qırmızı vərəqə ilə meydandan qovulub.

Bu qələbə ilə “Liverpul” xalını 6-ya çatdırıb. “Kristal Palas” isə 3 xalda qalıb.