““Liverpul”un futbolçuları mesaj yazdı, cavab vermədim”

““Liverpul”un futbolçuları mesaj yazdı, cavab vermədim”
Oxunma sayı: 1592

“Liverpul” və “Tottenhem” komandaları arasında keçirilən Çempionlar Liqasının finalında meydana girməsi ilə gündəmə gələn Kinsey Volanski maraqlı açıqlaması ilə diqqət çəkib.

“Qafqazinfo” xəbər verir ki, “The Sun” nəşrinə danışan 22 yaşlı qadın həmin hadisədən sonra “Liverpul”un futbolçularının ona münasibət qurmaq üçün mesaj yazdıqlarını bildirib.

Lakin o, heç birinə cavab vermədiyini söyləyib: “Liverpul”un futbolçularından mesajlar gəldi. Onların adını açıqlamaq istəmirəm. Hətta biri mənə ürək işarəsi göndərdi. Biri isə “oyunda səni gördüm” yazmışdı. Düzü, profillərinə girənə qədər onların kim olduğunu bilmirdim. Ancaq heç birinə cavab vermədim. Çünki mənim sevgilim var”.


Qeyd edək ki, Kinseyin meydana çıxması onun məşhurluq qazandırıb. Hazırda onun “İnstagram” istifadəçilərinin sayı  3 milyona çatıb.

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi