Liviya sahillərində 278 miqrant xilas edildi

liviya-sahillerinde-278-miqrant-xilas-edildi
Oxunma sayı: 642

Avropaya getmək istəyən 278 miqrantı daşıyan iri qayıq anidən çevrilib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, batmaq təhlükəsi keçirən miqrantlar son anda xilas edilib.

Onların arasında 14 qadın və 4 uşaq olub.

Liviya Dəniz Qüvvələrinin sözçüsü Ayub Qasım deyib ki, xilas edilən miqrantlara tibbi müdaxilə edildikdən sonra yemək və geyim verilib.

Beynəlxalq Miqrasiya Təşkilatı bu il 2360 miqrant dənizdə boğulduğunu açıqlayıb.