Liviya sahillərində qayıq batdı - 90 miqrant öldü

liviya-sahillerinde-qayiq-batdi
Oxunma sayı: 654

Bu gün Liviyadan İtaliya istiqamətdə hərəkətdə olan qayıq batıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 90 miqrant ölüb.

Cəmi 3 nəfər üzərək xilas ola bilib. Ölənlərin çoxunun pakistanlı olduğu bildirilib.

Qeyd edək ki, bu il dənizdə həyatını itirən qaçqın sayı 246-ya çatıb. Ötən il isə bu rəqəm 3 mindən çox olub.