Liviyada iki partlayış - 9 ölü, 20 yaralı

liviyada-iki-partlayis
Oxunma sayı: 646

Liviyada qısa zaman fasiləsi ilə iki partlayış baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyi məlumat yayıb.

Məlumata əsasən, insidentlər Benqazi şəhərinin Salman rayonunda qeydə alınıb. Partlayışlar arasında 30 dəqiqəlik fərq olub. Minalanmış avtomobillərin partladılması nəticəsində 9 nəfər ölüb, daha 20 isə nəfər yaralanıb. Yaralılar xəsatəxanalara yerləşdirilib.

Təhlükəsizlik qüvvlərinin məlumatına görə, terror hücumu insanlar namazdan çıxan zaman məscidin qarşısında törədilib.