Liviyada minalanmış avtomobil partladı - 6 ölü, 20 yaralı

liviyada-minalanmis-avtomobil-partladi
Oxunma sayı: 844

Liviyanın Benqazi şəhərində minalanmış avtomobil partlayıb.

"Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, nəticədə 6 nəfər ölüb, 20 nəfər yaralanıb.

Hadisənin təfərrüatları barədə məlumat verilmir.

Qeyd edək ki, Benqazi Liviyanın paytaxtdan sonra ikinci ən böyük şəhəridir.