Liviyada üsyançılar qanunsuz qətllər törədiblər

liviyada-usyancilar-qanunsuz-qetller-toredibler
Oxunma sayı: 633

Amnesty International təşkilatı bu barədə açıqlama yayıb. Liviyada üç aylıq araşdırmalara əsaslanan 100-dən çox səhifədən ibarət məruzədə bildirilir ki, Qəzzafiyə sadiq qüvvələrin cinayətləri daha çox olsa da və insanlığa qarşı cinayətlər səviyyəsinədək yüksəlsə də, üsyançıların törətdiyii cinayətlər də az deyil. Verilən məlumata görə müxalifət tərəfdarları aprel və iyulun əvvəllərinədək olan müddətdə ondan çox Qəzzafi tərəfdarı və təhlükəsizlik rəsmisini qanunsuz qətlə yetiriblər. Amnesty International təşkilatı zorakılıq hallarının yeni hökumətin rəhbərliyi altında da davam etdiyini bəyan edib. Üsyançıların Liviyanın şərqinə nəzarəti ələ keçirməsindən sonra bir qrup qəzəbli müxalifət tərəfdarının həbs olunan onlarla hərbçini və hökumət qüvvələri tərkibində vuruşan muzdlu döyüşçüləri atəş açaraq, asaraq və ya digər işgəncələr verməklə öldürdüyü bildirilir.

Liviyanın müvəqqəti hökumətinin ədliyyə naziri Məhəmməd əl-Əlaqi isə bildirib ki, üsyançıların addımlarını müharibə cinayətləri kimi təsvir etmək düzgün deyil.