Liviyadakı səfirimiz görüş keçirdi

liviyadaki-sefirimiz-gorus-kecirdi
Oxunma sayı: 631

Nazirliyin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, səfir Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi həyata keçirilən nəhəng layihələrin ölkəmizin təbii ehtiyatlarının dünya bazarlarına çıxarılmasında mühüm rol oynadığını və hal-hazırda bir çox Avropa ölkələrində “SOCAR” brendi altında Azərbaycan yanacaqdoldurma məntəqələrinin fəaliyyət göstərdiyini qeyd edib.

A. Şükürov Azərbaycan rəhbərliyinin apardığı uğurlu iqtisadi siyasət nəticəsində hal-hazırda Azərbaycanın investisiya qoyan ölkəyə çevrildiyini və Azərbaycan tərəfindən Liviyada “SOCAR” brendi altında yanacaqdoldurma məntəqələrinin tikilməsi, istər müştərək, istərsə də Azərbaycan tərəfinin investisiyaları hesabına Liviyada neftayırma zavodunun inşa edilməsi təklifinin irəli sürüldüyünü vurğulayıb.

Səfir A.Şükürov 05-08 iyun 2012-ci il tarixlərində Bakıda keçiriləcək 19-cu Beynəlxalq Neft-Qaz Sərgi və Konfransında iştirakla bağlı Liviyanın Neft və Qaz Nazirinə ünvanlanmış dəvət məktubunun yaxın bir vaxtda səfirlik tərəfindən çatdırılacağını bildirib.


Görüşün sonunda səmimi qəbula görə Nazir Ə.bin Yəzzəyə təşəkkürünü bildirən Səfir Azərbaycanın neft-qaz sənayesi haqqında jurnalları, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, turizm haqqında kitabları və diski liviyalı nazirə təqdim edib.