Liviyadan 600 könüllü əsgər Suriyada döyüşməyə getdi

liviyadan-600-konullu-esger-suriyada-doyusmeye-getdi-
Oxunma sayı: 642

“Qafqazinfo”nun Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, xəbər saytı Misir dövlət mənbələrinə əsaslandığını iddia edərək Keçid Şurası rəhbəri Mustafa Əbdülcəlilin razılığı ilə 600 əsgərin suriyalı müxaliflərlə birgə mübarizə aparmaq üçün Türkiyə ərazisindən keçdiyini və Azad Suriya ordusuna qatıldığını yazıb.
Qeyd edək ki, İngiltərə mediası da keçən həftə Liviya Milli keçid Şurası rəsmiləri ilə suriyalı müxaliflərin İstanbulda gizli bir toplantı keçirdiklərini iddia etmişdi.

Səidə