Liviyanın paytaxtında fövqəladə vəziyyət elan edildi

liviyanin-paytaxtinda-fovqelade-veziyyet-elan-edildi
Oxunma sayı: 1374

Liviyanın paytaxtı Tripolidə fövqəladə vəziyyət elan edilib.

“Qafqazinfo” “Associated Press”ə istinadən xəbər verir ki, buna səbəb ötən həftə ölkədə silahlı qruplaşmalar arasında başlayan qarşıdurmaların davam etməsidir.

Son məlumata görə, insident nəticəsində 39 nəfər həlak olub, 96 nəfər yaralanıb.

Hökumət tərəfləri qarşıdurmanı dayandırmağa çağırıb.